XALQIN CİBİNƏ GİRMƏK

dövlət büdcəsindən pul oğurlamaq, ictimai vəsaiti mənimsəmək, millətin sərvətini talamaq; ~ cibə girmək.

XALA-XALA OYNAMAQ
XAM DÜŞMƏK
OBASTAN VİKİ
Xalqın xidmətçisi
"Xalqın xidmətçisi" (ukr. Слуга народу, rus. Слуга народа, bəzən "Millətin xidmətçisi" kimi tərcümə olunur) — efirdə ilk dəfə 16 oktyabr 2015-ci ildə göstərilən və siyasi satira komediyası janrında çəkilən Ukrayna televiziya serialı. Serial orta məktəbdə işləyən otuz yaşlı tarix müəllimi Vasili Petroviç Qoloborodkonun (Vladimir Zelenski) hekayəsindən bəhs edir. Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz dildə hökumət korrupsiyasına qarşı ifadələr işlətdiyi videosunu paylaşır və video ölkədə o qədər rəğbət qazanır ki, müəllim gözlənilmədən Ukraynada Prezident seçkilərində qalib gəlir. Serialın prodüser şirkəti "Kvartal 95"-dir, hansı ki baş kişi rolunu canlandıran Vladimir Zelenski tərəfindən qurulmuşdur. Serial Ukraynanın real siyasətinə çox təsir etmişdir; 31 mart 2018-ci ildə serialla eyniadlı siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Bundan əlavə, serialda Ukrayna Prezidenti rolunu canlandıran Zelenski 21 aprel 2019-cu ildə həqiqətən Ukrayna Prezidenti seçildi. Vasili Petroviç Qoloborodko (Vladimir Zelenski): Ukrayna prezidenti, keçmiş orta məktəb tarix müəllimi Yuri İvanoviç Çuyko (Stanislav Boklan): Ukraynanın baş naziri Pyotr Vassilyeviç Qoloborodko (Viktor Saraykin): Vasilinin atası Mariya Stefanovna Qoloborodko (Nataliya Sumska): Vasilinin anası Svetlana Petrovna Saxno (Yekaterina Kisten): Vasilinin bacısı, vergi xidmətlərinin keçmiş 1-ci müavini Olqa Yuryevna Mişçenko (Yelena Kravets): Vasilin keçmiş həyat yoldaşı, Mərkəzi Bankın direktoru, daha sonra Baş nazir vəzifəsinə keçdi Sergey Viktoroviç Muxin (Yevgeni Koşevoy): Xarici İşlər Naziri, keçmiş aktyor Oksana Skovoroda (Olqa Jukovtsova); Sergey Muxinin hiper effektiv köməkçisi və işləyici Mixail İvanoviç Sanin (Yuri Krapov): Maliyyə Naziri İvan Andreyeviç Skorik (Aleksandr Pikalov): Müdafiə naziri, keçmiş kapitan Mixail Aşotoviç Tasunyan (Mixail Fatalov): Ukrayna Gizli Xidmətinin (SBU) rəhbəri Nataşa Saxno (Anna Koşmal): Vasilin qardaşı qızı Anna Mixaylovna (Qalina Bezruk): Vasilin sevgilisi "Xalqın xidmətçisi" Ukraynada 1+1 kanalında yayımlandı. Studiya həmçinin bütün bölümləri pulsuz olaraq "Youtube"a yerləşdirdi.
Xalqın seçimi mükafatı
People's Choice Awards (azərb. "Xalqın seçimi" mükafatı‎) — ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat. 1975-ci ildən 40-dan artıq nominasiya üzrə təqdim olunur. Əvvəllər ABŞ-nin "Gallup" ictimai fikir institutunun sorğusunun nəticələrinə əsasən təqdim olunan mükafat, hazırda real zaman rejimində keçirilən səsverməyə görə verilir.
Xalqın Səsi Partiyası (Türkiyə)
Xalqın Səsi Partiyası (türk. Halkın Sesi Partisi), HAS Parti — Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Partiya Səadət Partiyasının keçmiş sədri Numan Qurtulmuş tərəfindən 1 noyabr 2010 tarixində qurulub. Daha sonralar Ədalət və İnkişaf Partiyasına birləşib. Özlərini millətin mərkəzi kimi təqdim edirlər.
Xalqın Xidmətçisi (siyasi partiya)
Xalqın Xidmətçisi (ukr. Слуга народу) — Ukrayna siyasi partiyası. Partiyanın lideri Volodimir Zelenski. Xalqın Xidmətçisi partiyası 2018-ci ilin mart ayında eyniadlı serialın istehsalçı şirkəti Kvartal 95 işçiləri tərəfindən quruldu.
Xalqın xidmətçisi (teleserial, 2015)
"Xalqın xidmətçisi" (ukr. Слуга народу, rus. Слуга народа, bəzən "Millətin xidmətçisi" kimi tərcümə olunur) — efirdə ilk dəfə 16 oktyabr 2015-ci ildə göstərilən və siyasi satira komediyası janrında çəkilən Ukrayna televiziya serialı. Serial orta məktəbdə işləyən otuz yaşlı tarix müəllimi Vasili Petroviç Qoloborodkonun (Vladimir Zelenski) hekayəsindən bəhs edir. Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz dildə hökumət korrupsiyasına qarşı ifadələr işlətdiyi videosunu paylaşır və video ölkədə o qədər rəğbət qazanır ki, müəllim gözlənilmədən Ukraynada Prezident seçkilərində qalib gəlir. Serialın prodüser şirkəti "Kvartal 95"-dir, hansı ki baş kişi rolunu canlandıran Vladimir Zelenski tərəfindən qurulmuşdur. Serial Ukraynanın real siyasətinə çox təsir etmişdir; 31 mart 2018-ci ildə serialla eyniadlı siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Bundan əlavə, serialda Ukrayna Prezidenti rolunu canlandıran Zelenski 21 aprel 2019-cu ildə həqiqətən Ukrayna Prezidenti seçildi. Vasili Petroviç Qoloborodko (Vladimir Zelenski): Ukrayna prezidenti, keçmiş orta məktəb tarix müəllimi Yuri İvanoviç Çuyko (Stanislav Boklan): Ukraynanın baş naziri Pyotr Vassilyeviç Qoloborodko (Viktor Saraykin): Vasilinin atası Mariya Stefanovna Qoloborodko (Nataliya Sumska): Vasilinin anası Svetlana Petrovna Saxno (Yekaterina Kisten): Vasilinin bacısı, vergi xidmətlərinin keçmiş 1-ci müavini Olqa Yuryevna Mişçenko (Yelena Kravets): Vasilin keçmiş həyat yoldaşı, Mərkəzi Bankın direktoru, daha sonra Baş nazir vəzifəsinə keçdi Sergey Viktoroviç Muxin (Yevgeni Koşevoy): Xarici İşlər Naziri, keçmiş aktyor Oksana Skovoroda (Olqa Jukovtsova); Sergey Muxinin hiper effektiv köməkçisi və işləyici Mixail İvanoviç Sanin (Yuri Krapov): Maliyyə Naziri İvan Andreyeviç Skorik (Aleksandr Pikalov): Müdafiə naziri, keçmiş kapitan Mixail Aşotoviç Tasunyan (Mixail Fatalov): Ukrayna Gizli Xidmətinin (SBU) rəhbəri Nataşa Saxno (Anna Koşmal): Vasilin qardaşı qızı Anna Mixaylovna (Qalina Bezruk): Vasilin sevgilisi "Xalqın xidmətçisi" Ukraynada 1+1 kanalında yayımlandı. Studiya həmçinin bütün bölümləri pulsuz olaraq "Youtube"a yerləşdirdi.
Xalqın aktrisası. Nəcibə Məlikova (film, 2015)
Xalqın aktrisası. Nəcibə Məlikova — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın xatirəsinə həsr olunur. Filmdə "Fətəli xan", "Bakının işıqları", "Ögey ana", "Aygün", "Leyli və Məcnun", "Əhməd haradadır?", "Arşın mal alan", "Qanun naminə", "Üzeyir ömrü" bədii filmlərinin, "Yollar görüşəndə...", "Topal Teymur" televiziya tamaşalarının, eləcə də "Büllür sarayda", "Vəziri — xani Lənkəran" teatr tamaşalarının kadrlarından istifadə edilmişdir.